Daha bir şəhidimiz anılıb

Sosial
17 Tem 2022
14:14
Şəhid Elşad Əliyevin xatirəsi anılıb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızin azadlığı uğrunda canını-qanını əsirgəməyən şəhidlərimizn xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra şəhid Elşad Əliyevdən bəhs edən videoçarx nümayiş etdirilib.
E. Əliyevin anası Flora Əliyeva oğlunun şəhadətindən söz açıb, onun Vətən üçün göstərdiyi fədakarlıqdan qürur duyduğunu ifadə edib.
Daha sonra ictimai xadim Arzu Əliyeva tədbir iştirakçılarına üz tutaraq, dastana çevrilən şəhidimiz Xudayar Yusifzadənin də anım günü olduğunu xatırlatdı. Mərasimdə iştirak edənlər hamılıqla şəhidlərimizə Tanrıdan rəhmət dilədi. Qonaqlar arasında olan şəhid ailələrinin üzvlərinə və qazilərə söz verildi.
Şəhid Elşad Əliyevin döyüş yoldaşları onun keçdiyi savaşlardan, göstərdiyi şücaətlərdən bəhs etdilər.
Orta məktəbdə təhsil aldığı zaman onunla eyni dərs otağını bölüşmüş sinif yoldaşlari uşaqlıq xatirələrini kədər qarışıq təbəssümlə bölüşüblər…
Anım tədbirinə incəsənət nümayəndələri də qatılmışdı. Şəhid anası Flora Əliyeva Əməkdar artist İlkin Əhmədov, Mirələm Mirələmov və Yusifə şəhid Elşad Əliyevin şəkilini bağışladı.
Tədbrin bədii hissəsində 244 sayılı orta məktəbin şəhid Elşad Əliyevin adını daşıyan sinifinin şagirdləri vətənpərvərlik şeirləri səsləndirdilər.
Sonda isə Mətləb Ağayev “Qələbəyə gedən yollar” adlı mahnısını ifa edib. İştirakçıların hər biri Şəhid analarına “Sizin övladınız ölməyıb, tarix yazıblar”, “Onlar qələbəyə gedən yolları öz igidlikləri ilə açıblar”, “Siz bizim qürur yerimiz, baş ucaligimizsınız”, “Başınızı dik tutun, sizin övladlarınız bizim başımızi uca etdi” kimi fikirlər bildirməklə Şəhidlərə qürurlarını, ehtiramlarını bölüşüblər.