Bakıda orta məktəbin ərazisində şagirdlərə "patı" satılıb? - Rəsmi cavab

Gündəm
4 Ekm 2023
08:54
Bakıda 44 saylı orta məktəbin ərazisində şagirdlərə narkotik maddənin satılması iddia edilib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

İddiaya görə, bir neçə məktəbliyə naməlum şəxs tərəfindən "patı" satılıb.

Məsələ ilə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:

"İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək".