Publisist Şairə Yazıçılar Birliyinin üzvü Raziyə Kamilqızı "Şəhidlə Şəhidəm" kitabinin təqdimati oldu.

Cəmiyyət
25 Eyl 2023
02:00
Tədbirdə Şəhid ailələri, qazilər, Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Kamilqızı Yasamal Rayon İcra hakimiyyətinin böyük məsləhətçisi Emin Babayev, yazıçılar, mətbuat nümayəndələri və digər qonaqlar iştirak etdilər.

Qonaqlar ilk öncə Mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib əziz xatirəsini yad etilər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yadedildi

Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva qonaqları salamlayaraq qeyd etdi ki, qəhrəman oğullarımız 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən igid oğulların qəhramanlıqlarından bəhs edən "Şəhidlə Şəhidəm" kitabının müəllifi Raziyə Kamilqızı kitab haqqında ətraflı məlumat verərək, Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin şərəfli və qürurlu ömür yolunun gənclərimizə örnək olduğunu bildirdi.
Tədbirdə xalqımıza qələbə sevincini bəxş edən igidlərin valideynləri şəhid övladlarının qəhramanlıqlarından söz açdılar.
Yasamal Rayon İcra hakimiyyətinin böyük məsləhətçisi Emin Babayev Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcu olduğunu söylədi. Çıxışının sonunda qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasını qeyd etdi və müəllifə yaradıcılıq uğurları arzuladı.

Sonda .vətənpərvərlik mövzusunda və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi.