Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 32-yə çatıb - YENİLƏNİB-4

Hadisə
28 Ekm 2023
23:01
Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölənlərin sayı 32 nəfərə çatıb.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

13:40
Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.

"Zirvetv.az " xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

09:50
Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.

"Zirvetv.az " xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu "Arcelormittal Temirtau" şirkəti dövlətə təhvil veriləcək.

08:37
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

"Zirvetv.az"ın məlumatına görə, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, daha 31 şaxtaçının axtarışları davam edir.

Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.

07:50
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 nəfər həlak olub.

"Zirvetv.az " ın məlumatına görə, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.

"Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-i səthə çıxarılıb. On bir şaxtaçının meyiti həyat əlaməti olmadan tapılıb. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib", - açıqlamada deyilir.