Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim edib

Gündəm
24 Eyl 2023
14:10
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.

Zirvetv.az xəbər verir ki, hərbi attaşelər ermənilərdən müsadirə edilmiş silah-sursata baxış keçiriblər.

Səfərdə general-leytenant Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri şəxsən təqdim edib
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ermənilərdən müsadirə edilmiş döyüş texnikası, silah və sursata baxış keçiriblər.

Bu barədə zirvetv.az xəbər verir.

Onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən məlumat verilib.