Azərbaycan da daxil bir neçə ölkənin beynəlxalq axtarışa verdiyi 42 nəfər Türkiyədə saxlanılıb Azərbaycan da daxil bir neçə ölkənin beynəlxalq axtarışa verdiyi 42 nəfər Türkiyədə saxlanılıb

Dünya
19 Ock 2024
12:31
Bir neçə ölkə tərəfindən beynəlxalq axtarışa verilən 42 nəfər Türkiyədə saxlanılıb.

"Zirvetv.az " xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, Türkiyənin 13 rayonunda - Ankara, Antalya, Bursa, Ərzurum, Əskişəhər, Kırklareli, Hatay, İstanbul, İzmir, Mersin, Niğde, Sakarya ve Uşda eyni vaxtda keçirilən “Kafes-31” əməliyyatı çərçivəsində İnterpol xətti ilə axtarılan 42 nəfər yaxalanıb.

Həmin şəxslərin Azərbaycanla yanaşı, Almaniya, Bosniya və Hersoqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistan tərəfindən axtarışa verildiyi bildirilib. Onların qanunsuz silah və narkotik ticarəti, qəsdən adam öldürmə, soyğunçuluq, oğurluq kimi cinayətlərdə ittiham olunduğu vurğulanıb.

Nazir əməliyyatın davam etdiyini qeyd edib.