Hərb Tarixi Muzeyində “Vətən sizə oğul dedi!” adli tədbir kecirildi .

Cəmiyyət
26 Eyl 2023
18:30
Sentyabrın 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə Vətən müharibəsinin 3-cü ildönümünə həsr olunmuş “Vətən sizə oğul dedi!” adlı anım tədbiri keçirilib.

Zirvetv.az xəbər verir ki, Tədbirdə ulu Öndərimiz Heydər Əliyev və Vətən uğrunda , şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

“Vətən sizə oğul dedi!” adlı anım tədbirində bir sıra təşkilatlardan nümayəndələr, şəhid ailələri, Vətən müharibəsinin qaziləri, əsgər və zabitlərimiz iştirak ediblər.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin “27 sentyabr – Zəfərə gedən yolun başlanğıcı” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra şəhid Samir Xudiyevin atası Səməd Xudiyevin, şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun anası Xalidə İbrahimovanın, ikinci Qarabağ savaşının canlı şahidi - qazi Sənan Zeynalovun və digər tədbir iştirakçılarının çıxışları dinlənilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

27 sentyabr - Anım Gününə həsr olunmuş sənədli film nümayiş olunub.

Bədii hissədə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin iştirakı ilə kompozisiya və Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.