Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələblərinə uyğun mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir

Siyasət
12 Mrt 2023
19:48



Ümummilli liderimiz Heydər Əliyev dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi.Əsası qoyulmuş bu siyasət bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir.
10 mart 2020-ci il tarixdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev bildirmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar qaçılmaz idi.
Hələ iki il öncə altıncı çağırış Milli Məclisin birinci iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir.
Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacağını vurğulayan dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.
Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi, siyasi islahatların aparılması, kadr islahatının həyata keçirilməsi, dəyişən reallıqlara uyğun yeni mütərəqqi məzmunlu qanunların hazırlanması sahəsində yeni formalaşmış Milli Məclisin mütərəqqi tədbirlərin həyata keçirilməsini zəruri edir və seçkilərdən keçən müddət ərzində bu sahədə qlobal dəyişiriklərin şahidi oluruq.
Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev yaradıcı zəka sahiblərinin, intellektual, kreativ kadrların, gənc, qabiliyyətli insanların dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunmasını da son dərəcə vacib sayır.

Mehdi Balabəyov
YAP Şabran Rayon Təşkilatının sədri