Aİ rusiyalı biznesmenlərə qarşı yeni sanksiya tətbiq edir

İqtisadiyyat
28 Şub 2022
08:13
Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiyanın iş adamlarına və elitasının nümayəndələrinə qarşı yeni sanksiyalar tətbiq edəcək.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

“Biz qara siyahıya oliqarxları da əlavə etməklə onu genişləndirəcəyik. Sistemdən mənfəət qazanan elitanı hədəfə alacağıq”, - deyə J.Borrel qeyd edib.