Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat
23 Haz 2021
11:30
Azərbaycan neftinin qiyməti bahalaşır.

“zirvetv.az ” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.43 dollar artaraq 75.72 dollar təşkil edib.

Qeyd edək ki, bu, “Azeri Light” neftinin son 2 ildəki maksimum qiymətidir.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.