Türkiyə ordusunun əsgəri İraqda şəhid oldu - Yaralılar var

Dünya
13 May 2022
21:54
Şimali İraqda həyata keçirilən “Pençe-Kilit” əməliyyatında daha əvvəl terrorçular tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının işə salınması nəticəsində Türkiyə ordusunun bir əsgəri şəhid ölub, 3 hərbçi yaralanıb.

“zirvetv.az” Türkiyə mediasına istinadən xəbər verir ki, şəhid olan hərbçi Selman Gülər adlı əsgərdir.

Milli Müdafiə Nazirliyi öz Tviter hesabında şəhid əsgər üçün başsağlığı mesajı yayıb.