Afaq Bəşirqızı Mübariz Mənsimovun yanına getdi

Şou-biznes
4 Tem 2021
08:55
Xalq artisti Afaq Bəşirqızı Türkiyəyə gedərək həbsdən azad olunan iş adamı Mübariz Mənsimovla görüşüb.

Zirvetv.az xəbər verir ki, bu barədə iş adamının özü sosial şəbəkə hesabında yazıb:

“Mən həbsdə olanda bir çox sənət və incəsənət xadimlərinin mənim üçün narahat olduqlarını və məni dəstəkləyərək əllərindən gələni edənlər də oldu. Onlardan biri Afaq xanım Bəşirqızı idi. Mərd xanım, gözəl insan! Bakıdan gəlib qonağım olaraq şərəf verdiniz. Masamın baş köşəsində hər zaman yeriniz var, bunu unutmayın. Sizin kimi dəyərli insanların varlığı bizim üçün bir dəyərdir. Mərdliyinizə, dürüstlüyünüzə, yanımda olduğunuza görə minnətdaram!”