U-21 yığmamızdan böyükhesablı qələbə

İdman
25 Mrt 2022
22:05
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“zirvetv.az U-21 yığmamızdan böyükhesablı qələbə” xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.

U-21-in qollarını 44 və 66-cı dəqiqələrdə Musa Qurbanlı və 88-ci dəqiqədə Abdulla Xaybulayev vurub.

Azərbaycan yığması 7 oyundan sonra 4 xalla beşinci pillədə qərarlaşıb. Səkkiz matçdan sonra sonuncu - altıncı sıradakı Estoniyanın xalı yoxdur.