Prezident İlham Əliyevin medal verdiyi aprel döyüşçüsünün doğum günüdür. Şəhidimiz yaşasaydı 43 yaşını qeyd edəcəkdi. İndi onun yaxınları şəhidin doğum gününü hər il yad edirlər.

Gündəm
29 Nis 2021
00:43
Prezident İlham Əliyevin medal verdiyi aprel döyüşçüsünün doğum günüdür. Şəhidimiz yaşasaydı 43 yaşını qeyd edəcəkdi. İndi onun yaxınları şəhidin doğum gününü hər il yad edirlər.

Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Fizuli Süleyman oğlu Salahovun 6 medalı var. Təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalıda var. Bu gün Şəhid Fizuli Salahovun 43 yaşı tamam olur. Onu yaxınları unutmayıb. Hətda Bakıdan və sumqayıtdan doğum gününə görə yaşadığı Şabranın Gəndov kəndinə gələnlər var.

Cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlar şəhidin yaxınlarını sevindirib.

Bildirilib ki, 43 yaşlı Fizuli Salahov Şabranın Gəndov kəndində dünyaya gəlib. Şəhidlik zirvəsinə ucalanadək 20 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətənə şərəflə qulluq edən gizir daim öz cəsarəti və igidliyi ilə seçilib. Hərbi xidmətdə fərqləndiyinə görə sağlığında dəfələrlə təltif olunub. Fizuli Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı şəxsən təqdim etmişdi.

Aprel döyüşlərinin də fəal iştirakçısı olan Fizulu Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. İndi hər ilin bu günü şəhidimiz unudulmur. Yaxınları ilə yanaşı hər yerdən şəhidimizin doğum gününü qeyd edirlər. Şəhid ocağına yığışanlar şəhidin doğum günündə gətirilən tortu bacıları və qardaşı kəsir.

Qəhrəmancasına şəhid olmuş Fizuli Salahovun daim xatirələrdə yaşayacağı, onun şərəfli ömür yolunun gənclərə örnək olduğu bildirilib.

Şəhidin geriyə qalan iki övladları Nihat və Nicat bizə əmanətidir.

Şəhidin atası Süleyman Salahov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini söyləyib. Şəhid atası bildirib ki, hər bir Azərbaycan gənci Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa hazır olmalıdır.

Onu da qeyd edək ki, şəhidlər ölmür. Şəhidlər daima qəlbimizdə yaşayacaq!