İraqın Ərbil şəhəri raketlə vuruldu

Dünya
2 May 2022
09:44
İraqın Ərbil şəhərinin Habat bölgəsi raket hücumuna məruz qalıb.

“zirvetv.az_ın xəbərinə görə, İraq Kürd Regional Rəhbərliyinin (İKRG) Terrorla Mübarizə İdarəsi bununla bağlı açıqlama yayıb.

Açıqlamada 6 raketin Ərbilin Habat mahalı sərhədlərinə düşdüyü, hücumda dağıntı və tələfatın olmadığı bildirilib.

Həmçinin qeyd olunub ki, ilk məlumata görə, raketlər Mosulun Hemdaniye rayonundakı Bartilla qəsəbəsi sərhədlərindən atılıb.