Ukrayna üçün “çəhrayı papağ”ı hərraca çıxardı

Şou-biznes
27 May 2022
07:57
Avroviziya-2022” mahnı müsabiqəsində qalib olan Ukraynanın “Kaluş Orkestri” qrupunun solisti Oleh Psyukun səhnədə geyindiyi çəhrayı papaq hərraca çıxarılır.

“zirvetv.az” xəbər verir ki, bu haqda qrup üzvləri instaqram hesablarında məlumat yayıb.

Belə ki, hərracdan əldə olunan gəlir Ukrayna ordusuna göndəriləcək. İlkin məbləğ kimi 5 avro- 200 qriven müəyyən edilib. Bundan başqa, müsabiqədə qazanılmış kubok da hərraca çıxarılıb