Avroviziya-2022”nin aparıcıları açıqlandı

Şou-biznes
3 Şub 2022
16:08
İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin aparıcıları açıqlanıb.

“zirvetv.az.” “Eurovision.tv”yə istinadən xəbər verir ki, bu il tədbirin aparıcıları Laura Pauzini, Alessandro Kattelan və Mika olacaqlar.


Laura Pauzini – “Qremmi” və “Qızıl qlobus” kimi bir çox nüfuzlu mükafatın laueratı olan italiyalı müğənnidir.

Alessandro Kattelan – “Total Request Live”, “Le Iene”, “The X Factor” layihələrindən tanınan italiyalı aparıcıdır.

Mika – amerika-livanəsilli britaniyalı müğənnidir. O, “The Voice”in Fransa versiyasında və “The X Factor”un İtaliya versiyasında ustad olub.

Qeyd edək ki, “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsi 10-14 may tarixlərində keçiriləcək. Azərbaycan müsabiqədə iştirakını təsdiqləyib.