Elarizin ABŞ-dakı bu fotosu marağa səbəb oldu

Şou-biznes
5 Ock 2022
11:16
Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun Şəki seriyalı dövlət nömrə nişanlı avtomobillə çəkdirdiyi şəkli sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bəzi izləyicilər bunun montaj olduğunu qeyd edib.

Zirvetv.az _a" danışan E.Məmmədoğlu fotonun real olduğunu bildirib:

“Avtomobili dostum gəmi ilə gətizdirib. Şəkil 2021-ci ilin noyabrında Nyu-York ştatının Bruklin şəhərində “Baku Nights” restoranının qarşısında çəkilib”.

Müğənni, həmçinin əlavə edib ki, dostu avtomobili elə Azərbaycanın qeydiyyat kodu ilə idarə edir.