Mətanət İsgəndərlinin yaxınları danışdı: "Boğulma..."

Şou-biznes
5 May 2021
07:55
Moskvada koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən əməkdar artist Mətanət İsgəndərlinin səhhətindən xəbər var.

Əməkdar artistin yaxınları zirvetv.az _a" açıqlamasında Mətanət İsgəndərlinin səhhətinin yaxşılaşdığını bildiriblər: "Səhhəti yaxşılaşır. Artıq nəfəs alır, boğulma yoxdur, öskürməsi qalır. Sabah reanimasiya şöbəsindən palataya köçürüləcək.

Mətanət xanımın oğlu Kərim də xəstəxanadadır. O, virusu yüngül keçirir".