Bakıda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkildi

Sosial
25 Şub 2022
15:45
Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə qurumun əməkdaşları və struktur bölmələrin işçilərinin iştirakı ilə növbəti iməclik təşkil edilib.

“zirvetv.az ” xəbər verir ki, iməcliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 613 ədəd yeni, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağaclar əkilib.

İməclikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, ərazi üzrə cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.