Teymur Musayevdən koronavirus laboratoriyaları ilə bağlı - Açıqlama

Sosial
19 Ara 2021
09:52
Koronavirus tez-tez mutasiyaya uğrayır. Yeni ştamlar yaranır. Həmin yeni ştamlara yoluxarkən müxtəlif kliniki gedişata malik olan xəstəliklər də öz xüsusiyyətini dəyişir. Bununla bağlı görülən tibbi tədbirlər dəyişmiş ola bilir”.

“zirvetv.az ” xəbər verir ki, bunu AZTV-nin efirində yayımlanan “Hədəf” verilişində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.


T.Musayev qeyd edib ki, COVID-19 xəstəliyinin diaqnostikasında qızıl standart kimi qəbul edilmiş zəncirvari reaksiya üsulu var:

“Çox qısa bir müddətdə sırf COVID-19 diaqnostikası üçün hazırlanmış 50-dən çox laboratoriya işə salınıb. Mövcud olan şəbəkəyə qoşulub. Həmin laoratoriyalar mərkəzi şəhərlərdə yox, regionlarda fəaliyyət göstərir.

Yeni klinikaların və modul tipli xəstəxanaların əks-pandemik tədbirlərə cəlb olunması onu göstərdi ki, ölkə başçımızın yeritdiyi səhiyyə siyasəti və həmin siyasətin mərkəzində duran Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır”.