Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlandı

Sosial
9 Ekm 2021
18:33
Oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.

"Zirvetv.az Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlandı" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib.

O qeyd edib ki, bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəli tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilib.