Haitidə zəlzələ nəticəsində ölənlərin sayı artdı

Sosial
7 Eyl 2021
09:11
Avqustun 14-də Haitidə baş vermiş güclü zəlzələdə həlak olanların sayı artıb.

“zirvetv.az Haitidə zəlzələ nəticəsində ölənlərin sayı artdı” TASS-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 2 248 nəfər həyatını itirib.


Daha əvvəl 2 207 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, 12 763 nəfər xəsarət alıb. 329 nəfər itkin düşmüş hesab olunur. 53 mindən çox bina tamamilə, 83 mindən çox bina isə qismən dağılıb.