Xəzər sahilləri tullantılardan təmizləndi

Sosial
13 Ağu 2021
21:41
Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin nümayəndələrinin, beynəlxalq təşkilatların və könüllülərin iştirakı ilə dənizkənarı ərazilərdə aksiyalar təşkil edilib.

“zirvet.azin "Xəzər sahilləri tullantılardan təmizləndi məlumatına görə, ETSN-in Mətbuat katibi İradə İbrahimova bildirib ki, Novxanı qəsəbəsinin dəniz sahilində “Ekokönüllülər”, “Yaşıl ASAN” və “Dost” könüllüləri üç hektar ərazini bərk məişət və digər tullantılardan təmizləyib.

Xəzər Dəniz Neft Donanmasına məxsus “Bulvar 1” gəmisi vasitəsilə isə Bakı buxtasında tullantıların yığılması həyata keçirilib.

Ümumiyyətlə, “Xəzər günü” ilə bağlı təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilib və yığılan tullantılar təkrar emal üçün “AzEkol” MMC-yə təhvil verilib.

“Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib”.