Sözdə dövlət, əməlində terror olan molla rejiminin planları - Araşdırma

Siyasət
25 Kas 2022
22:29
təxribatçı informasiyalar yayılmasını təşkil etmişdir. Qeyd etmişdik ki, təxribatçılar Azərbaycan vətəndaşlarını yanıltmaq, dini maarifləndirmə adı ilə cəlb edib yekunda özlərinin siyasi maraqlarının təmsilçisinə çevirmək üçün xüsusi taktikadan faydalanırlar. Məsələn, Qum şəhərindən yönləndirilən Facebook profillərdindən birinin adı “İmam Zaman Aşiqləri” qrupudur. Oxucuda ilk təəssürat belə olur ki, yəqin, burada dini mövzulardan söz açılacaq, dini kəsimə mövzu üzrə yeni bilgilər veriləcək. Amma əksinə, İran təxribatçıları hər yerdə olduğu kimi, burada da riyakar davranır, müqəddəs dini mövzunu özlərinin siyasi maraqlarına qurban edirlər. Qrupun 20 oktyabr 2021-ci il tarixinə olan əsas paylaşımında iddia edilir ki, xaricdən idarə olunan “Facebook” səhifələrindən biri Azərbaycanda hansısa şirkəti ifşa edib. Maraqlıdır, Azərbaycanda hansısa şirkətin “İmam Zaman”la nə əlaqəsi vardır?şəbəkəsi: təsir agentləri kimlərdir?” başlığı ilə təqdim edilib. Orada Azərbaycanın daxilində fəaliyyət göstərən, İranın təxribatlarına xidmət edənlərdən bəhs olunub.

Yeni informasiya sistemləri

Aradan keçən bir il ərzində mövzu üzrə apardığımız tədqiqatlar yeni nüansları ortaya çıxarıb. Bəlli olur ki, İran Azərbaycana qarşı təxribatçı təbliğatını genişləndirmək üçün təkcə sosial şəbəkə platformaları və ənənəvi KİV-dən yararlanmır. Proksi və anonim rabitə kanallarından da faydalanır.

Həmçinin təxribatçı təbliğat daha öncə bəlli şəxslər və sosial media hesabları üzərindən təktərəfli qaydada aparılır, yalnız Azərbaycan auditoriyasını hədəfləyirdi. İndi isə həm Azərbaycan, həm də İran cəmiyyətini hədəf seçib. İndi İran xüsusi seçilmiş məlumatları, informasiyaları hər iki ölkənin əhalisinə, hakimiyyət orqanlarına və silahlı qüvvələrinə yönəldən yeni sistem tətbiq edir.

2021-ci ilə qədər təxribatçı təbliğat əsasən İranın dini və hərbi radikal qanadları tərəfindən həyata keçirilirdisə, indi effektivliyi artırmaq üçün İranın bütün dövlət strukturları səfərbər edilib. Onlar Azərbaycan auditoriyası ilə yanaşı, aşağı təminatlı, keyfiyyətli təhsilə çıxış imkanı olmayan, illərlə siyasi proseslərdən kənarda qalan mövhumatçı dünyagörüşlü İran cəmiyyətini də əhatə edir. Bu təbəqədə Azərbaycan dövləti əleyhinə fikir yaradılması üçün çalışırlar.

Beləliklə, İranın təxribatçı informasiyalarını yaymaq üçün tətbiq etdiyi yeni alətləri qruplaşdıraraq 5 əsas element üzrə təsnifatlaşdırmaq mümkündür:Ermənistanın məscidlərdə donuz saxlamasına İranın göz yuması” faktını “saxta çıxarmaq üçün” çabalayırlar.

“Behcət Xiyabanı – Real İran” səhifəsi, həmçinin Əbdulmalik Əl-husi - Manuçöhr Möttakinin adına açılmış kanal isə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İran agentlərini zərərsizləşdirməsi əməliyyatlarını araşdırır.

SEPAH-a bağlı “Telegram” kanallarının paylaşımları da eyni işə dəstək verirlər. Azərbaycan DTX-nın İrana casusluq etmiş şəbəkəni zərərsizləşdirməsini saxtalaşdırmağa, bunu xarici dövlətlərin sifarişi ilə atılmış addım kimi təqdim etməyə çalışırlar.

İran təxribat maşınının fəaliyyətində belə bir hal da müşahidə edilir ki, sosial şəbəkə platformalarında, “Telegram” kanalında hesablar fərqli adlarla açılaraq daha sonra dəyişdirilir. Bunu iz azdırmaq üçün edirlər. Amma hesabların URL ünvanını oxumaqla nə iş gördüklərini bilmək olur. Məsələn, “Həqiqəti bil” , “ Tarixi Nadir” səhifələri bu qəbildəndir.

Telegram kanalı ilə Zəngəzur dəhlizinin effektivliyi ilə bağlı sorğu keçirir, bu məsələdə İranın maraqlarını önə çəkilir.

Bu saytları, KİV-ləri, sosial media hesablarını izlədikcə belə qənaət yaranır ki, İranda Azərbaycandilli seqmentlər üzrə təbliğat aparmaq, təxribatlar törətmək, ictimai rəyi çaşdırmaq üçün yaradılmış, ixtisaslaşmış tam bir institut formalaşdırılıb. Bu institutun monitorinq qrupları vardır. Azərbaycandakı prosesləri zərrəbin dəqiqliyi ilə izləyirlər. Həssas məqamları müəyyənləşdirib o hissədən hücuma keçirlər.Təxribatçı tezislər hazırlayan departamentləri vardır. Yandaş KİV-ləri ideyalarla, tezislərlə təmin edirlər. Hansı məqamda hansı tezisi ortaya atmaqla Azərbaycan auditoriyasını çaşdıra biləcəklərini hesablayırlar və sair.

Bütün bunları nə üçün edirlər? Nəticə çıxır ki, İran rəsmiləri Azərbaycana qarşı dost yox, pusquda durmuş düşmən münasibətindədir. Fürsət düşən kimi zərbə endirməyə çalışırlar. Prosesi araşdırarkən heyrət doğuran faktlar ortaya çıxır. Növbəti yazımızda İran rəsmilərinin Azərbaycanda təxribatlar törətmək, ictimai rəyi çaşdırmaq üçün istifadə etdikləri yeni vasitələr barədə əlavə bilgilər veriləcək (APA).