Azərbaycan Prezidenti Sofiyada naməlum əsgərin məzarını ziyarət edib

Siyasət
30 Eyl 2022
12:41
Sentyabrın 30-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib.

Zirvetv.az xəbər verir ki, burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.