30 ildən sonra güc tətbiq etməkdən başqa seçim qalmadı

Siyasət
6 Kas 2021
11:45
Türkiyə digər ölkələrdən fərqli olaraq bu böhranın başlanğıcından, 1991-ci ildən Ermənistanı dövlət kimi tanıyıb. O vaxt Brüsseldəki NATO sammitində iştirak etmişdik, qarşımızda duran dondurulmuş münaqişələri müzakirə edirik. Dörd ölkənin - Rusiya, Türkiyə, ABŞ və Ermənistanın xarici işlər nazirləri ilə görüşlər təyin etdik. Lakin Ermənistanın xarici işlər naziri tədbirə qatılmadığını bəyan etdi. Onda əlimizdə olan fürsətləri itirdik”.

“zirvetv.az ” xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin “COVID-19-dan sonrakı dünya” mövzusunda VIll Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, o vaxt Azərbaycandan Avropaya gedən boru kəmərlərinin keçdiyi ərazilərin ən qısası Ermənistandan keçməli idi, lakin münaqişənin sülh yolu ilə həlli baş tutmadığından bu, mümkün olmayıb: “Mən Ermənistanın Baş nazirinə bunu bildirmək istəyirdim. Lakin o vaxt münaqişənin sülh yolu ilə həlli mümkün olmadı. Ermənistan yeni ərazilər işğal etmək istəyirdi. Biz münaqişənin sülh yolu ilə həllinə can atanda onlar Azərbaycanın əzəli torpaqlarını işğal etmişdilər”.

H. Çətin əlavə edib ki, biz bu münaqişənin sülh yolu ilə həllini gözləyirdik: “Minsk qrupu əvvəldən çox vacib təsisat idi. Biz ümidli idik, çünki təşkilatda 3 ölkədən həmsədr var idi. Lakin onlar heç nə etmədilər. Uzun-uzadı görüşlər, toplantılar nəticəsiz oldu. Azərbaycan əvvəldən problemin sülhlə həllinə tərəfdar idi. Lakin 30 ildən sonra güc tətbiq etməkdən başqa seçim qalmadı. Ermənistan lideri revanşizm haqında düşünməməli idi. Biz sülh alətlərindən daha çox istifadə etməliyik, regional əməkdaşlığa maraqlı olmayıq. Düşünürəm ki, Azərbaycan hər bir sahədə perspektiv əldə edib”.