Açıq məkanda reklama görə bu qədər rüsum ödəyəcəksiniz

İqtisadiyyat
1 Kas 2021
14:51
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətlərinə görə rüsumların yeni qiymətləri müəyyənləşib.

"Zirvetv.az " xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda bildirilir.

Belə ki, reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq bu Qanunun 33-1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

Bakı şəhəri üzrə - 1;

Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və

Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;

Digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək