Mahir oynadı, komandası çətin qələbəyə sevindi

İdman
1 Tem 2021
09:57
Polşanın “Legiya” klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

“zirvetv.az ” xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi klub “Lexiya” ilə qarşılaşıb.

Beş qolun qeydə alındığı oyun “Legiya”nın qələbəsiylə yekunlaşıb – 3:2.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, Emreli bundan əvvəl meydana çıxdığı 2 yoxlama görüşündə 4 qola imza atmışdı.