Bakıda motosiklet gənc oğlanı vuraraq xəsarət yetirdi

Hadisə
25 Ock 2021
11:12
Bakıda motosiklet gənc oğlanı vuraraq xəsarət yetirdi


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən 2000-ci il təvəllüdlü Allahverdiyev Eynal Tərlan oğlunu motosiklet vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun sınığı və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.