Bakıda xəstəxananın hasarına çırpılan avtomobil yandı

Hadisə
1 Haz 2022
14:56
Bu gün səhər saatlarında Nəsimi rayonunda "Hyundai" markalı minik avtomobili Mirqasımov küçəsində Kliniki Tibbi Mərkəzin hasarına çırpılaraq yanıb.

“zirvetv.az_ın məlumatına görə, baş vermiş hadisə barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sosial şəbəkələrdə baş vermiş hadisənin görüntüləri yayılıb. Bildirilib ki, qəza zamanı maşının sürürücüsü və sərnişini komatoz vəziyyətinə düşüb. Daha sonra avtomobil yanmağa başlayıb. Hazırda hər iki yaralının vəziyyəti ağırdır.