Gəncləri narkokuryerliyə cəlb edən şəxslərə qarşı əməliyyat

Hadisə
21 Nis 2022
18:08
Gəncləri narkokuryerliyə cəlb etməyə çalışan narkotacirlərə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətindən "zirvetv.az_a" verilən məlumata görə, son 15 gündə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 60 kiloqram narkotik maddə qanunsuz dövriyyən çıxarılıb, 40 nəfər saxlanılıb.

Əməliyyatlar Bakı ilə yanaşı, Lənkəran, Astara, Quba, Abşeron və Bərdə rayonlarında keçirilib.

Əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər də saxlanılıb. Onlardan narkotik maddə, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar, patronlar və patron darağı aşkar olunub.

Saxlanılan şəxslər ifadələrində narkotik maddələrin satışını təşkil etməklə yanaşı, niyyətlərinin sosial şəbəkələr və digər vasitələrlə daha çox gənci narkokuryerliyə cəlb etmək olduğunu bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.