18 gün əvvəl itkin düşmüş gəncin meyiti tapıldı

Hadisə
22 Mrt 2022
19:29
Xaçmazda 18 gün əvvəl itkin düşən 25 yaşlı gəncin asılmış vəziyyətdə meyiti tapılıb.

“zirvetv.az.” “Report”a istinadən xəbər verir ki, hadisə Xaçmazın Muxtadır qəsəbəsində baş verib.

Belə ki, martın 4-dən itkin kimi axtarışda olan 1997-cı il təvəllüdlü Vüsal Əşrəf oğlu Nəzərovun meyiti qəsəbə ərazisindəki yaşayış olmayan köhnə evlərdən birinin həyətində asılı vəziyyətdə tapılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.