Maşın hasara çırpıldı - Ölən var

Hadisə
28 May 2021
20:58
Lənkəran şəhərinin Şirinsu qəsəbəsində “Subaru” markalı minik avtomobili yol kənarında hasara çırpılıb.

“zirvetv.az ” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan 1964-cü il təvəllüdlü Həmzəyev Sürəddin Mirzağa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.