Bərdədə partlayış, xəsarət alan var

Hadisə
28 May 2021
08:25
Bərdə rayonunun Qaradəmirçi kəndində ümumi sahəsi 70 kvadrat metr olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən “zirvetv.az a verilən məlumata görə, yanğın nəticəsində tikilinin yanar konstruksiyaları 54 kvadrat metr sahədə yanıb.

Hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.