Hokkaydo sahillərində yapon və rus gəmiləri toqquşublar

Hadisə
26 May 2021
07:58
Yaponiyanın şimal sahillərində yapon və Rusiya gəmiləri toqquşublar. Hadisə Oxot dənizində, Hokkaydo adasından 23 km aralıda baş verib.

Zirvetv.azin TASS-a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində üç yapon balıqçısı həlak olub.

Bildirilir ki, hadisə zamanı yapon gəmisi çevrilib. Toqquşan gəmilərdən biri olan Rusiya "Amur"unun su basımı 662, yapon balıqçı gəmisinin su basımı isə 9,7 tondur.