Sumqayıtda yol qəzası olub, xəsarət alanlar var

Hadisə
18 Nis 2021
09:15
Sumqayıtda yol qəzası baş verib.

Bu barədə "Zirvetv.az " Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ-Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.