Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu iyul ayında hazır olacaq

Gündəm
19 Şub 2023
09:56
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) magistral avtomobil yolunun inşası davam etdirilir.

Bunu Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, yolun torpaqlanma işi başa çatmaq üzrədir: "Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Yol bu ilin iyul ayında tam hazır olacaq".

S.Məmmədov deyib ki, yolun xərclər smetası hissə-hissə hazırlanmaqla hökumətə təqdim edilib: "Aidiyyəti qurumlar həmin xərcləri dəqiqləşdirəndən sonra maliyyə ayrılıb və həmin hissələr tikilib. Yol tam hazır olandan sonra layihənin ümumi dəyəri ictimaiyyətə açıqlanacaq".