“Kənd toyuğu” adı ilə satılan məhsullara qarşı ciddi tədbirlər görülür

Gündəm
5 Şub 2023
07:31
plandankənar yoxlama çərçivəsində sahibkar tərəfindən toyuqların guya “geri qaytarılması” barədə saxta qaimə təqdim edilib. Aparılan araşdırmalarla “MIN300” MMC-nin təqdim etdiyi qaimənin saxta olması və toyuqların həmin şirkət tərəfindən mənimsənilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna məktub ünvanlanıb. “AFM Construction” MMC –nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb.
Məlumat üçün bildiririk ki, laborator sınaqları aparılan yuxarıda adları çəkilən məhsulların təhlükəsizlik göstəriciləri qida sahəsində texniki normativ hüquqi aktın tələblərinə uyğun olub.

Qeyd edək ki, AQTA qanunvericiliyə, o cümlədən öz əsasnaməsinə uyğun olaraq, ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi, istehlakçıların aldadılmasının qarşısının alınması istiqamətində ölkəyə idxal olunan, habelə satışda olan ət və ət məhsullarının dövriyyəsinə nəzarət tədbirlərini davam etdirir. Belə ki, keçirilən monitorinqlər zamanı avtomobillərin yük yerində, bazarlarda, ticarət şəbəkələrində mənşəyi məlum olmayan, müvafiq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən və baytarlıq sənədləri ilə müşayiət edilməyən, temperatur rejiminə, soyuq zəncir prinsipinə əməl olunmadan, etiketlənməsi qida sahəsində qanunvericiliyin tələblərinə cavab verməyən toyuq və toyuq məhsullarının satışının həyata keçirildiyi müəyyən edilir ki, belə olan hallarda həmin məhsulların satışının qadağan olunması və dövriyyədən yığışdırılması barədə icrası məcburi qərarlar qəbul edilir.

AQTA tərəfindən bundan sonra da avtomobillərin yük yerində, ticarət şəbəkələrində “kənd toyuğu” adı altında məhsulların satışı hallarına qarşı ciddi mübarizə tədbirləri görüləcək. Odur ki, sahibkarları belə məhsulları satmaqdan çəkinməyə, istehlakçıları isə almamağa çağırırıq. Əlavə olaraq, vətəndaşlarımız qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng edərək müraciət edə bilərlər."Unikal