Komitə sədri Səfər Mehdiyev polisə “həyasız” deyir… - Deputatın biri polisi döyür, o biri polisə “dana” deyir…

Gündəm
20 Ağu 2022
11:14
tribunasından yol polisi əməkdaşına “DANA” demişdir.
Xatırlatma üçün qeyd edək ki, Eldar İbrahimov parlamentin tribunasından demişdir:
Bizim polislərdə mədəniyyət çatmır, serjantlardan soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada qurtarır?...Bilməlidirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin, deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək.
Atalarımızın bir müdrik sözü var ee…
Yüz dəfə İmam üçün ağlayanda bircə dəfə də Yezid üçün ağlayın.
Axı, polis deputatların, nazirlərin, icra başçılarının, prokurorların, məhkəmələrin, nə bilim kəndxudaların nömrəsini əzbər bilə bilməz.
Həm də niyə polis bilməlidir ki, sükanın arxasında oturan Səfər Mehdiyevdir, yoxsa deputat, ya da sıravi vətəndaş..?
Əə, siz bəlkə göydən zənbillə düşmüsünüz ..?
Bəlkə, rəhmətlik Mirzə Cəlil demişkən, Həsən ağanın qohumlarısınız..?
Cənab deputat deyir ki, bu danaları kim gətirib qoyub ora..?
Hörmətli deputatımızdan soruşmaq istəyirik ki, bir neçə ay öncə Xaçmazda polisi söyən və döyən deputat Eldəniz Səlimovu kim gətirmişdi parlamentə..?
Siz sıravi polisin hərəkətinə görə, ona “həyasız…dana..” deyirsiniz, bəs özünü millət vəkili hesab edən şəxsə nə demək olar..?
Bizim sözümüzün canı odur ki, bütün bu baş verənlər, yəni polisin vətəndaşı dövlətdən narazı salması, komitə sədrinin polisə “həyasız” deməsi, deputatın polisi döyməsi, Səfər Mehdiyev kimi rüşvətxor məmurların sahibkarlardan milyardlarla rüşvət alması və s…bütün bunlar dövlətə və dövlətçiliyə zərbədir.
Biz nə polisin, nə də məmurun tərəfində deyilik. Biz dövlətin, dövlətçiliyin yanındayıq.
Qalanı xırda detallardır.