ABŞ miqrantların yerləşdirməsi üçün 86 milyon dollar ayırıb

Gündəm
21 Mrt 2021
09:50
ABŞ rəhbərliyi ölkənin Meksika sərhədinə yaxın otellərində təxminən 1,2 min qanunsuz miqrantın yerləşməsi üçün 86 milyon dollar ayırıb.

Zirvetv.az TASS-a istinadən verdiyi məlumata görə, miqrantlar Arizona və Texas ştatlarındakı otellərdə yerləşdiriləcəklər.

Bildirilir ki, ABŞ hökuməti ölkənin cənub sərhədlərindən gələn qanunsuz miqrant axını problemi ilə üzləşib.