Misirdə yaşayış binasının uçması nəticəsində 22 nəfər ölüb

Dünya
28 Mrt 2021
09:41
Qahirədə çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində 22 nəfər ölüb.

Zirvetv.az Misirdə yaşayış binasının uçması nəticəsində 22 nəfər ölübməlumatına görə, bu barədə "Extra News" televiziya kanalı xəbər verib.

Üç nəfər itkin düşmüş sayılır, axtarışları davam edir. 25 nəfər xilas edilib.



Faciə gecə saatlarında Misir paytaxtının şərqindəki Qisr-əs-Sueys ərazisində baş verdi.

İlkin məlumata görə, ev sahibi qanunsuz olaraq altı mərtəbə artırıb.