Rusiya Ukraynanın şimalında sərhədlərinin təhlükəsizliyini gücləndirir

Dünya
13 May 2022
21:57
Rusiya Ukraynanın şimalında - Bryansk və Kursk vilayətlərində sərhəd təhlükəsizliyini gücləndirir.

“zirvetv.az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz feysbuk səhifəsində məlumat yayıb.

Bundan əlavə bildirilir ki,, Rusiya ərazisindən Sumı vilayətində mülki obyektlər artilleriyadan atəşə tutulubb və Tolstodubovo yaşayış məntəqəsinə hava zərbəsi endirilib.

“Biz əsas səylərimizi Brest və Qomel vilayətlərində dövlət sərhədinin mühafizəsinə yönəltmişik. Eyni zamanda, Belarus ərazisindən Ukraynanın infrastruktur obyektlərinə raket və bomba zərbələri endirilməsi təhlükəsi qalmaqdadır”, - deyə məlumatda bildirilir