Yaponiya digər ölkələrdən Olimpiadaya gələcək heyət sayını məhdudlaşdırılmağı xahiş edir

Dünya
21 Mrt 2021
09:35
Yaponiya digər ölkələrdən Tokyo Olimpiadasına gələn dövlət başçılarını və digər liderləri müşayiət edən nümayəndə heyətlərinin sayına məhdudiyyət qoyulmasını xahiş edir.

Zirvetv.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli "NHK" telekanalı məlumat verib.

Koronavirusa qarşı profilaktik tədbirlərlə bağlı Yaponiya digər ölkələrdən gələn nümayəndə heyətinin sayını ölkə rəhbərini müşayiət edərsə 12 nəfərlə, bir nazirin gəlişinə isə beş nəfərlə məhdudlaşdırmağı xahiş edir.

Bununla birgə bildirilir ki, Yaponiya tərəfi bu məsələni hər bir ölkə ilə ayrıca müzakirə etməyə hazırdır.