Çavuşoğlu və Lavrov Ukraynanı müzakirə etdilər

Dünya
28 Mrt 2022
09:19
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə edilib.

“Martın 27-də xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Danışıq zamanı Ukraynadakı cari hadisələr müzakirə olunub", - deyə Türkiyə XİN-in məlumatında bildirilir.