Səbail”in futbolçusundan millimizin üzvünün sifətinə baş zərbəsi
Peşəkar Futbol Liqası "Səbail"in legioneri Nikolas Rayselin “Sumqayıt”la Azərbaycan Premyer Liqasının IX tur oyununda (2:0) qırmızı vərəqə aldığı epizodun görüntülərini yayıb.
“zirvetv.az ” xəbər verir ki, həmin epizodda fransalı hücumçunun meydan sahiblərinin müdafiəçisi Höccət Haqverdinin sifətinə başla zərbə endirib.
Baş hakim Fərid Hacıyev Haqverdini qeyri-idman hərəkətinə görə sarı, Rayseli isə təcavüzkar davranışı səbəbindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.