Türkiyədən uçan təyyarə Rusiyada təcili eniş etdi

Dünya
16 Eyl 2021
07:58
Türkiyənin Antalya şəhərindən havaya qalxan Rusiyaya məxsus təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına təcili eniş edib.

“zirvetv.az Türkiyədən uçan təyyarə Rusiyada təcili eniş etdi” xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, buna səbəb təyyarənin motorlarından birində texniki problemin yaranmasıdır.

Təyyarə 22:24-də Pulkovo aeroportuna enib. Sərnişinlərin vəziyyətinin yaxşı olduğu vurğulanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.