İsrail və Türkiyə münasibətləri normallaşır - Netanyahudan AÇIQLAMA

Dünya
11 Mrt 2021
19:06
İsrail və Türkiyə arasında münasibətlərinin normallaşması gözlənilir.

İki ölkə arasında münasibətlərin yaxşılaşması ilə bağlı ilk açıqlamanı İsrail baş naziri Benyamin Netanyahu verib.

Ölkə lideri İsrailin Bat-Yam şəhərində keçirilən seçki kampaniyası ilə bağlı çıxışında bu məsələyə də toxunub.

"Türkiyə ilə danışıqlar aparırıq. Danışıqlar yaxşıya doğru gedir", - deyə nazir qeyd edib./Sfera.az