Tokioda Olimpiya kəndində ilk koronavirusa yoluxma halı
Dünya
17 Tem 2021
09:03
Yaponiyanın paytaxtı Tokioda yerləşən Olimpiya kəndində yaşayanlar arasında ilk koronavirusa yoluxma halı qeydə alınıb.
Bu barədə “zirvetv.Az ” NHK telekanalına istinadən xəbər verir.
Qeyd olunur ki, xarici yığma komanda üzvünün koronavirus testi müsbət nəticələnib. Telekanalın mənbələrinin məlumatına görə, həmin şəxs idmançı deyil. Onun hansı ölkə təmsilçisi olması açıqlanmır