Azərbaycan Özbəkistana 50 min doza vaksin göndərdi

Dünya
16 Tem 2021
07:54
Azərbaycan Özbəkistana yeni növ koronavirus infeksiyasına qarşı 50 min doza peyvənd göndərib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə UNİCEF-in Özbəkistan nümayəndəliyinin feysbuk səhifəsində yazılıb.

Bildirilir ki, vaksinlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyi ilə Daşkəndə çatdırılıb.